AZ
EN
Media Consulting Services

MÜŞTƏRİLƏR MCS AGENTLİYİNİN XİDMƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRDİ

MÜŞTƏRİLƏR MCS AGENTLİYİNİN XİDMƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRDİ

Sorğuda işitirak edənlərin 57 faizi şirkətə 5 qiyməti verdi

Media Consulting and Services media monitorinq xidmətinin keyfiyyətini öyrənmək və müştəri məmnunluğunun səviyyəsini ölçmək məqsədilə müştəriləri arasında  sorğu keçirib. Müştərilərin 35%-ni əhatə edən araşdırma Google-nin sorğu forması vasitəsilə aparılıb. Müştəri məmnunluğunu və xidmətin keyfiyyətini ölçmək üçün aparılan sorğuda respondentlərə 4 sual təqdim olunub və cavablar anonim şəkildə qəbul olunub.  Sorğuya qatılan müştərilər şirkətin təqdim etdiyi xidmətə 5 ballıq sistemdə  57%-i  “əla”, 40%-i “yaxşı”, 3%-i isə “kafi” qiymətini verib. İştirak edənlərin 87%-i problemlərin tez, 10%-i gec aradan qaldırıldığını, 3%-i heç aradan qaldırılmadığını qeyd edib. Müştərilərin 50%-i şirkətin xidmətindən istifadə edən gündən indiyə qədər bir problemlə qarşılaşmadığını və ya problemin olmadığını, 5%-i qəzet məlumatlarının gec gəlməsi, 5%-i xəbərlərin gecikməsi, 5%-i medianı tam əhatə edə bimədiyimizi qeyd edib. Respondentlərin 35%-nin verdiyi cavablar isə şirkət tərəfindən ünvanlan suallara uyğun olmayıb. Sorğuda iştirak edən müştərilər media monitorinqlə bağlı MCS-ə çoxsaylı arzu və təkliflərini bildirib.

Media Consulting and Services öz müştərilərinə sorğuda iştirak etdiklərinə və səmimi cavab verdiklərinə görə təşəkkür edir. Şirkət öz fəaliyyətində müştəri məmnunuluğunu əsas tutaraq, irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdıracağını və yaxın günlərdə təqdim etdiyi xidmətdə nəzərə alacağını bildirir.  Yarandığı gündən keyfiyyətli xidmətə üstünlük verən, müştəri məmnunluğunun artırılması istiqamətində çalışan şirkət bundan sonra da media monitorinq xidmətini modern və münasib qiymətlərlə müştərilərinə təqdim edəcək.