AZ
EN
Media Consulting Services

BİZ KİMİK

 2000-ci illərin əvvəllərində ölkəmizin neft strategiyası həm sürətli iqtisadi inkişafa yol açmış, həm də xarici təşkilatların Azərbaycana olan marağını artırmışdı. Həmin illərdən başlayaraq ölkə mediasında yayılan məlumatların toplanılması, emal edilməsi haqqında xaricdən  sorğular daxil olurdu. Eyni zamanda, yerli qurumlar da getdikcə böyüyərək geniş fəaliyyət sferalarını əhatə etməyə başlayırdılar. Beləliklə,  medianın təqib edilməsi, həm də ictimaiyyətlə əlaqələr xidmətinin peşəkar şəkildə həyata keçirilməsi üçün professional şirkətlərin xidmətlərinə ehtiyac yaranırdı. “Media Consulting and Services” yaranmış ehtiyac fonunda Azərbaycanda bu istiqamətdə fəaliyyətə başlayan ilk şirkətlərdən biri olub.

 2004-cü il oktyabr ayının 1-də rəsmi fəaliyyətə başlayaraq, qısa zaman ərzində bacarıqlı və dərin biliyə malik olan komanda formalaşdıra bildik. Texniki inkişaf səviyyəsinin gətirdiyi məhdudiyyətlərə baxmayaraq, fəaliyyətimizin ilk günlərindən etibarən qarşımıza qoyduğumuz müştəri məmnuniyyəti hədəfinə çatmaq üçün daim, yorulmadan fəaliyyət göstərdik. Nəticə isə özünü çox da gözlətməyə qoymadı. Fəaliyyətimizin ikinci ilindən etibarən illik orta hesabla 10 faiz daha da böyüməkdəyik. 2008 və 2014-2016-cı illərdə baş vermiş böhranları da alın açıqlığı ilə keçərək, fəaliyyət dairəmizi bu gün də genişləndirməkdəyik.

Artıq yalnız media monitorinq və ictimaiyyətlə əlaqələr üzrə deyil, eyni zamanda marketinq, analitik təhlil, sosial media marketinq, ətraf mühitin izlənilməsi istiqamətlərində də yüksək səviyyəli xidmətlər təklif edirik. Dərin təcrübə və biliyə malik komandamız qeyd olunmuş istiqamətlərdən hər biri üzrə istənilən miqyasda peşəkar işlər görməyə qadirdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlər məhz “Media Consulting and Services”in xidmətlərindən istifadə edirlər.

 2004-cü ildə olduğu kimi bu gün də müştəri məmnuniyyətinə nail olunması üçün var gücümüzlə çalışırıq. Gördüyümüz işlərin nəticələrini ölçmək üçün vaxtaşırı araşdırmalar aparırıq. Qürurla deyə bilərik ki, 2017-ci ildə aparılan araşdırma zamanı müştəri məmnuniyyətinin səviyyəsi 95 faizə bərabər olub.

 Siz də öz qurumunuzun qeyd edilən istiqamətlərdə fəaliyyətini bizə könül rahatlığı ilə həvalə edə bilərsiniz. 14 + illik təcrübə və hər il davamlı inkişafımız gücümüzün və bacarıqlarımızın göstəricisidir. Bizə etibar etməklə öz işinizi daha da inkişaf etdirə biləcəyinizə əmin ola bilərsiniz!