AZ
EN
Media Consulting Services

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

 

Bizi əhatə edən iqtisadi, sosial və siyasi mühit mürəkkəbləşdikcə “PR” işinin əhəmiyyəti və çətinliyi də eyni dərəcədə artmaqdadır. Bu səbəbdən inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən iri qurumlar artıq ictimaiyyətlə əlaqələr işini bu sahədə peşəkar olan şirkətlərə həvalə etməyə üstünlük verirlər. “Edelman”, “Ruder Finn”, “Fleishman-Hillard” kimi şirkətlər məhz ictimaiyyətlə əlaqələr xidməti təklif etməklə hamımıza məlum olan dünyanın bir çox nəhəng təşkilatlarının “PR” işini yerinə yetirirlər.

Biz də sizə Azərbaycanın ən peşəkar və yüksək keyfiyyətli ictimaiyyətlə əlaqələr xidmətini təklif edirik. “Media Consulting and Services”in bu sahədə xidmətlərindən istifadə etməklə siz vaxtınıza və resurslarınıza qənaət edəcək, təcrübəli və peşəkar bir komanda ilə işləyəcək və ən əsası, istənilən mövzuda olan layihələriniz barədə dərin ön araşdırma və layihə sonrası analiz aparma imkanına malik olacaqsınız. Təklif etdiyimiz “PR” xidmətləri bunlardır:

  • “PR” strategiyaların hazırlanması;
  • “PR” məsləhətlərinin verilməsi;
  • qurum və ya məhsul haqqında ictimaiyyətdə müsbət rəyin formalaşdırılması;
  • müxtəlif tipli tədbirlərin təşkili və idarə edilməsi;
  • media və informasiya dəstəyi;
  • press reliz, açıqlama, bəyanat, təkzib, müsahibə və digər mətnlərin hazırlanması, tərcümə edilməsi və hədəf auditoriyası nəzərə alınmaqla ən optimal kanallar vasitəsilə yayılması;
  • reklam tipli materialların ən sərfəli qiymətlərlə hədəf media vasitələrində yerləşdirilməsi;
  • media ilə şirkət arasında işgüzar əlaqələrin qurulması, yarana biləcək hər hansı problemlərin danışıq yolu ilə və ya hüquqi müstəvidə həll olunması;
  • neqativ məlumatların neytrallaşdırılması;
  • krizis vəziyyətinin idarə edilməsi və s.

Qeyd etmək istəyirik ki, fəaliyyət göstərdiyimiz müddət ərzində geniş media şəbəkəsi ilə yüksək səviyyəli əlaqələr qurmağa nail olmuşuq. 100-dən artıq müxtəlif media ilə əməkdaşlıq edərək sizin istədiyiniz çərçivədə geniş hədəf auditoriyasına çata biləcəyinizə təminat veririk. “PR” işini bizə həvalə etməklə qurumunuzun fəaliyyəti haqqında ictimaiyyətə ən doğru məlumatın ən optimal və effektiv metod və kanallarla ötürüləcəyinə əmin ola bilərsiniz.

Yuxarıda sadalananlardan başqa, biz “PR” xidmətinə əlavə olaraq Lobbiçilik xidməti də təklif edirik. Bu təklifdən yararlanmaqla qurumunuzun maraqlarının hədəf auditoriya və ya müəyyən sahədə təşviq edilməsi, qorunması və inkişaf etdirilməsinə təminat veririk. Az öncə də qeyd edildiyi kimi “Media Consulting and Services” fəaliyyət göstərdiyi illər ərzində çox geniş əməkdaşlıq və əlaqələr şəbəkəsi qurmağa nail olmuşdur. Bunu nəzərə alaraq təklif etdiyimiz Lobbiçilik xidmətindən yararlanmaqla, siz qısa müddət ərzində geniş auditoriya daxilində öz maraqlarınızın təmsil və təşviq olunmasına nail ola bilərsiniz.