Yaşadığımız dünyanı sosial mediasız təsəvvür etmək mümkün deyil. Statistikalara görə hazırda 3 milyarddan çox insan müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçib. Azərbaycanda bu göstərici 3 milyondan artıqdır. Bu rəqəmlər sosial platformaları ən böyük hədəf auditoriyaları halına gətirib ki, bu da öz növbəsində sosial media hesablarının idarə edilməsi ilə məşğul olan peşəkarların və marketinqin xüsusi bir qolunun, Sosial Media Marketinqin (SMM) yaranmasına gətirib çıxarıb. İstənilən bir qurumun, populyar şəxsin, və ya bəzən ayrıca məhsulların belə sosial media hesabları mövcuddur. Əsas məqsəd isə təbii ki, ən qısa və ucuz başa gələn vasitə ilə ən geniş auditoriyaya çata bilməkdir. Hesablamalara görə klassik halda 1000 insana çatmaq üçün marketoloqlar təqribən 40 dollar xərcləyirlərsə, bu gün Facebook şəbəkəsində sizin məhsul və ya qurum haqqında məlumatın eyni sayda insana çatdırılması üçün cəmi 1 dollar kifayət edir.
İlk baxışdan asan görünsə də, sosial şəbəkələrdə hesabların professional şəkildə idarə edilməsi və SMM xüsusi bilik və bacarıqlar tələb edir. Gün keçdikcə genişlənən auditoriya, yeni istifadəyə verilən müxtəlif tətbiq və vasitələr bu sahənin kifayət qədər mürəkkəb və kompleks strategiyalarla idarə edilməsi zərurətini ortaya qoyur. Məhz bu səbəbə görə artıq bir çox qurum və məşhur şəxslər öz sosial media hesablarının idarə edilməsini və SMM fəaliyyətini bu sahədə bilik və təcrübəyə malik professional şəxslərə və ya şirkətlərə həvalə edirlər.
“Media Consulting and Services” sizə sosial media hesablarının idarə edilməsi və SMM xidmətini təklif edir. Xidmət çərçivəsində müxtəlif sosial platformalarda aşağıdakı istiqamətdə fəaliyyətlər həyata keçirilir:
Sosial media hesablarının idarə edilməsini bizə həvalə etməklə siz həm doğru və keyfiyyətli kontent hazırlanacağına, həm də effektiv sosial media marketinq fəaliyyətinin həyata keçiriləcəyinə əmin ola bilərsiniz. Bu sahədə peşəkar bacarıqlara sahib olan heyətimiz sosial media üzərində biznesinizə yeni bir təkan verəcək. Yüksək keyfiyyətli foto və videoların müşayiəti ilə hazırlanacaq məzmun, reklam və müxtəlif tipli kampaniyalar hədəf auditoriyada haqqınızda müsbət rəy yaratmaqla yeni nailiyyətlər qazanmağınıza yardımçı olacaq. Bizə üstünlük verən bir çox qurumlar kimi, siz də “Media Consulting and Services”i seçməklə yanılmayacaqsınız.