Media monitorinq dedikdə, spesifik açar sözlər və mövzular üzrə media resurslarda yer alan informasiyanın müəyyən edilməsi, izlənilməsi, toplanmış nəticələrin analizi və saxlanılması başa düşülür. Əldə edilmiş nəticələr ictimaiyyətlə əlaqələr istiqamətində çalışan əməkdaşlara aşağıdakıları müəyyən etməyə imkan verir:
Yaşadığımız dünya inkişaf etdikcə, informasiya mənbələrinin sayı da durmadan artmaqdadır. Artıq klassik resurslarla yanaşı sosial platformalar da media monitorinqin ən əhəmiyyətli hədəfləri arasındadır. İnkişaf edən informasiya əsrində bu prosesin fərdlər tərəfindən həyata keçirilməsi, toplanılan böyük həcmdə məlumatların vaxtında və effektiv şəkildə emal edilməsi hər keçən gün daha da çətinləşir. Statistika göstərir ki, fərdlər adətən spesifik açar sözlər əsasında informasiya mənbələrinin izlənilməsi zamanı lazım olan məlumatların təqribən 40 faizni nəzərdən qaçırırlar. Məhz buna görə bu prosesin avtomatlaşdırılmış sistemlər vasitəsi ilə həyata keçirilməsinə zərurət yaranır.
“Media Consulting and Services” sözügedən istiqamətdə ən professional və yüksək keyfiyyətli xidmət təklif edir. Media monitorinq xidmətimizdən istifadə edərək siz aşağıdakı üstünlüklərə sahib olacaqsınız:
Bu gün heyətimiz xüsusi proqram təminatı ilə 600-ə yaxın online resurs, 55 qəzet, 10 televiziya kanalı, 12 radio dalğası və sosial şəbəkələrdə axtarışlar aparırlar. Ötən illərin statistikası təsdiq edir ki, online mənbələrin sayı hər il orta hesabla 7 faiz artır. Təbii ki, bu həcmdə resursun izlənilməsi və informasiyanın doğru şəkildə idarə edilməsi üçün professional dəstək zəruridir. Qürurla deyə bilərik ki, sahib olduğumuz avadanlıq və proqram təminatları, peşəkar heyət və uzun illərə söykənən təcrübəmiz ehtiyac duyulan mövzular və açar sözlər üzrə 7/24 rejimində informasiyanın müştərilərə çatdırılmasına imkan verir.