AZ
EN
Media Consulting Services

MARKETİNQ

Marketinq fəaliyyəti istənilən bir biznesin əsas tərkib hissələrindən biri olmaqla yanaşı, xüsusi səriştə, bilik və peşəkarlıq tələb edən bir fəaliyyətdir. Biznesinizin uğurla inkişaf etməsini təmin etmək üçün marketinq fəaliyyətinizi bizə etimad edə bilərsiniz. “Media Consulting and Services” həm yeni yaranmış, həm də uzun müddətdir fəaliyyət göstərən təşkilatlar üçün yüksək səviyyəli marketinq xidmətləri təklif edir. Bizim peşəkar heyətimiz sizin fəaliyyətinizin uğur qazanması üçün lazım olan hər cür fəaliyyəti həyata keçirməyə hazırdır. Bura bir çox istiqamətdə işlər, o cümlədən:

  • kompleks marketinq strategiyasının hazırlanması və tətbiq olunması;
  • müxtəlif sahədə bazar təhlillərinin aparılması;
  • rəqiblərin və istehlakçıların davranışlarının analizi;
  • məhsul və ya xidmətlərin yaradılması planının hazırlanması;
  • müştəri məlumat bazasının hazırlanması;
  • reklam və kampaniyaların hazırlanması və həyata keçirilməsi;
  • nüfuzun idarə edilməsi;
  • həyata keçirilən fəaliyyətlərin daimi monitorinqi və analiz edilməsi;
  • təşkilati işlərin həyata keçirilməsi və s. daxildir.

Yuxarıda qeyd edilən xidmətlərdən əlavə təşkilatın fəaliyyət sahəsinə uyğun olaraq daha spesifik təhlillərin aparılması, xüsusi biznes planların hazırlanması, ticarətin monitorinqi, marketinq strategiyasına uyğun büdcənin hazırlanması və s. istiqamətlərdə də “Media Consulting and Services” sizə ən yüksək səviyyəli xidmətlər təklif etməkdədir. Bir sözlə, biznesinizin inkişaf etdirilməsi üçün marketinq fəaliyyətləri çərçivəsində istənilən istiqamətdə bizə etimad edə bilərsiniz. Uzun illərə dayanan təcrübə və professional heyətimiz istənilən miqyasda marketinq fəaliyyətinin layiqincə həyata keçirilməsinə təminat verir.