AZ
EN
Media Consulting Services

BİZNES MÜHİTİNİN MONİTORİNQİ

Hər bir qurumun fəaliyyət göstərdiyi mühitdə baş verən əhəmiyyətli dəyişikliklər həmin qurumun fəaliyyətinə də pozitiv və ya neqativ formada təsir edə bilir. Məhz bu səbəbdən artıq bir çox təşkilatlar ictimaiyyətdə yalnız onlar barəsində danışılanların monitorinq olunması ilə kifayətlənmir, eyni zamanda fəaliyyət göstərdiyi mühitdə baş verən dəyişiklikləri də nəzarət altında saxlayırlar. Belə təcrübə ilkin olaraq Qərb ölkələrində yayılsa da, artıq dünyanın bir çox bölgələrində tətbiq olunmaqdadır. Bu proses ingilis dilində “Environmental Scanning” adlanır ki, bu da Ətraf mühitin izlənilməsi anlamına gəlir. Burada “ətraf mühit” dedikdə, yalnız klassik formada başa düşülən ekologiya, təbiət deyil, eyni zamanda qurumun fəaliyyət göstərdiyi siyasi, iqtisadi, sosial mühit də nəzərdə tutulur. “Environmental Scanning” ictimaiyyətə açıq olan informasiyanın operativ və strateji məqsədlər üçün seçilməsi, toplanılması, analiz edilməsi və paylaşılması deməkdir. Əsas məqsəd ətraf mühitdə baş verən yenilikləri, dəyişiklikləri izləməklə qurumun fəaliyyətini vaxtında müvafiq qaydada uyğunlaşdırmaqdan ibarətdir.

“Media Consulting and Services” artıq Azərbaycanda fəaliyyət göstərən qurumlar üçün ətraf mühitdə baş verən dəyişikliklərin izlənilməsi xidmətini təklif edir. Azərbaycanda ilklərdən olan bu xidmət sayəsində siz qurumunuzun fəaliyyət  istiqamətlərinə uyğun olaraq onu əhatə edən mühitdə baş verən dəyişiklikləri daimi olaraq izləyə bilərsiniz. Bu xidmət sizə aşağıdakı üstünlükləri verəcək:

  • fəaliyyət mühitində və ya ölkədə baş verən dəyişikliklərdən xəbərdar olmaq:
  • qurumun fəaliyyətini baş verən dəyişikliklərə vaxtında uyğunlaşdırmaq;
  • mümkün risk və böhran siqnallarını öncədən müəyyənləşdirmək və tədbirlər görmək;
  • qurumun strateji və taktiki planlarını daha doğru və etibarlı şəkildə qurmaq.

Ətraf mühitin izlənilməsi daimi şəkildə aparılsa da, yekun hesabatlar iki formada: aylıq və ya illik olaraq hazırlanır. Hesabatların tərkibinə daxil olan informasiya aşağıdakılardan ibarətdir:

  • ümumi icmal;
  • siyasi dəyişikliklər;
  • iqtisadi dəyişikliklər;
  • beynəlxalq siyasətdə dəyişikliklər;
  • biznes mühitinin icmalı;
  • elektron ticarət;
  • qida, kosmetika və bioloji aktiv əlavələrin tənzimlənməsi sahəsində dəyişikliklər;
  • istehlakçı hüquqlarının müdafiəsi;
  • özəl məlumatın qorunması;
  • qanunvericilik dəyişiklikləri.

Qeyd edilən məlumatlar hesabatların aylıq və ya illik olmasından asılı olaraq optimallaşdırılır.

Ətraf mühitin izlənilməsi xidmətindən istifadə edərək siz həm qurumunuzun fəaliyyət göstərdiyi mühitdə, həm də ölkə miqyasında baş verən əhəmiyyətli dəyişikliklərdən daima xəbərdar olacaq, potensial risk və krizis siqnallarını öncədən dəyərləndirə biləcək və fəaliyyətinizi dəyişən şəraitə vaxtında uyğunlaşdırmaq imkanı qazanacaqsınız.