AZ
EN
Media Consulting Services

YANVAR AYININ HESABATINA DAİR AÇIQLAMA

MEDİA MONİTORINQİN NƏTİCƏLƏRİNƏ DAİR AYLIQ HESABAT

Media Consulting and Services  01-31 Yanvar 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb. Cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin azalması müçahidə edilib. Bu tendensiya Yanvar ayında bayram və qeyri işgünlərinin sayının digər aylarla müqayisədə çox olması ilə əlaqədardır.

Qeyd edək ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:  

1. Banklar - 22861

2. Universitetlər - 12148

3. Mobil Rabitə - 1472

4. Sığorta şirkətləri - 1154

5. Otellər - 474

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

Banklar: 22861  ədəd ad hallanan yazı

  1. ABB -1402

  2. Bank Standard - 802

  3. Kapital Bank - 757

Bankların media aktivliyi yanvar ayında dekabr ayı ilə müqayisədə  passiv olub. Belə ki, 2017-cı ilin dekabr ayında  27890 bank adı hallanan yazı müşahidə edilmişdi. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox  hallanmasını qeyd edə bilərik. “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub.   Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

Universitetlər: 12148   ədəd ad hallanan yazı

  1.   BDU - 1491

  2.   UNEC - 1127

  3.   BANM- 891

 Bütün sektorlarda olduğu kimi, Universitetlər mövzusunda da cari hesabat dövründə məlumatlar az dərc olunub. Belə ki, ötən ay bu mövzuda dərc olunan məlumatların ümumi sayı 15174 ədəd təşkil etmişdi. Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

Mobil Rabitə: 1472  ədəd ad hallanan yazı

  1. Azercell - 614

  2. Bakcell - 565

  3. Nar Mobile – 293

Yanvar ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı  mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi dekabr ayı ilə müqayisədə passiv olub.  Belə ki, 2017-ci ilin dekabr ayında mobil rabitə şirkətlərinin adı çəkilən 2321 yazı monitorinqin əhatəsinə düşmüşdü.

Sığorta şirkətləri: 1154 ədəd ad hallanan yazı

  1. Paşa Sığorta -140

  2. Paşa Həyat -118

  3. Ata Sığorta – 109

Otellər: 474 ədəd ad hallanan yazı

  1.   Hilton Baku - 131

  2.   Park inn - 109

  3.   Landmark Baku - 59

Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

2017-ci ilin yanvar ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Paşa sığorta,   otel və biznes mərkəzləri arasında  Hilton Baku  haqqında daha çox ad hallanması olub.

Qeyd edək ki, nəticələr  facebook səhifəmizdə  də yerləşdirilib:

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  news@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

02 fevral 2018