AZ
EN
Media Consulting Services

''Mübarizlər'' yarışını təşkil olundu

“Лига Героев” – artıq 5 ildir ki, Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. “Лига Героев” layihələri cəmiyyətin ən geniş təbəqələrini əhatə edir, idman tədbirlərinin həmişəki çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb. “Лига Героев” haqlı olaraq Rusiyanın irimiqyaslı federal idman tədbirləri məkanında qaydaları müəyyən edən tədbir hesab oluna bilər. Təşkilatçı komandasının ən məşhur layihələrindən biri - “Гонка Героев” - 2013-cü ildən fəaliyyət göstərən maneəli yarış Rusiyanın demək olar ki, bütün böyük regionlarına səfər edib. Ümumilikdə isə yalnız 2017-ci il ərzində ölkədə 70-ə yaxın “Гонка Героев” yarışı keçiriləcəkdir. Bu bütün Rusiya üzrə 500 000 iştirakçı, tamaşaçı və azarkeş, 20 region, 200 km-dən artıq inşa edilmiş tras və 1000-dən çox quraşdırılmış konstruksiya deməkdir.

Azərbaycanda layihə “Mübarizlər” adı ilə ilk dəfə 23 sentyabr tarixində FHN-nin təlim mərkəzinin ərazisində keçiriləcək.
Bakıda layihənin təşkilinə Events Management Azerbaijan şirkəti cavabdehdir.

Layihənin formatı – çətin keçilən ərazidə maneəli qaçışdır.
İştirakçılar hər bir ölkə, hər bir şəhər üçün öz xüsusiyyətləri ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Tədbir üçün nəzərdə tutulmuş traslar Moskvadan Bakıya qədər dünyanın ən gözəl yerlərində inşa edilir: istirahət zonalarında və parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə.
“Mübarizlər” – komanda tədbiridir. Maneələrin çoxu elə nəzərdə tutulub ki, onları komanda yoldaşlarının köməyi olmadan keçmək mümkün olmasın. İştirakçılar əllə keçid qurğularını, tunelləri və hətta bütöv “kəşfiyyatçı zolaqları”nı fəth etməlidir.
İstəyən hər kəs iştirakçı ola bilər – bunun üçün dostları dəvət etmək, saytda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı qoşulmaq kifayətdir.
İştirakçılara yarış iki formatda təqdim olunacaq – komanda və çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə hazır olmalıdır.
Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları keçərkən bütün əzələ qruplarını işə salsınlar. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.
“Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur.
Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

http://www.1news.az/news/gonka-geroev---m-barizl-r-sorevnovaniya-na-prochnost-vpervye-v-baku-foto

Media və informasiya dəstəyi: Media Consulting and Services