AZ
EN
Media Consulting Services

SENTYABR AYININ NƏTİCƏLƏRİNƏ DAIR AÇIQLAMA

MƏTBUAT ÜÇÜN AÇIQLAMA

MCS media monitorinq qrupu  01-30 sentyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların adını təqdim edirik.  Beləliklə:

Mobil operatorlar:

1. Azercell - 1324; 

Banklar:

1. ABB - 735; 

Hotellər:

1. Hilton  - 149; 

Universitetlər:

1.  BDU - 1469; 

Sığorta şirkətləri:

1. Atasığorta - 123. 

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflı məlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  office@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.  

Media Consulting and Services 2004-cü ildən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri - media monitorinq, media və ictimaiyyətlə əlaqələr, sosial media marketinq, tədbirlərin təşkili və s. xidmətlərdir.