AZ
EN
Media Consulting Services

BİZ KİMİK

2000-ci illərin əvvəllərində ölkəmizin neft strategiyası həm sürətli iqtisadi inkişafa yol açmış, həm də xarici təşkilatların Azərbaycana olan marağını artırmışdı. Həmin illərdən başlayaraq, ölkə mediasında yayılan məlumatların toplanılması, emal edilməsi haqqında xaricdən  sorğular daxil olurdu. Eyni zamanda, yerli qurumlar...

NƏ EDİRİK

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Bizi əhatə edən iqtisadi, sosial və siyasi mühit mürəkkəbləşdikcə “PR” işinin əhəmiyyəti və çətinliyi də eyni dərəcədə artmaqdadır. Bu səbəbdən inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən iri qurumlar artıq ictimaiyyətlə əlaqələr işini bu sahədə peşəkar...

MEDİA MONİTORİNQ

Media monitorinq dedikdə, spesifik açar sözlər və mövzular üzrə media resurslarda yer alan informasiyanın müəyyən edilməsi, izlənilməsi, toplanmış nəticələrin analizi və saxlanılması başa düşülür. Əldə edilmiş nəticələr ictimaiyyətlə əlaqələr...

MARKETİNQ

Marketinq fəaliyyəti istənilən bir biznesin əsas tərkib hissələrindən biri olmaqla yanaşı, xüsusi səriştə, bilik və peşəkarlıq tələb edən bir fəaliyyətdir. Biznesinizin uğurla inkişaf etməsini təmin etmək üçün marketinq fəaliyyətinizi bizə etimad edə bilərsiniz. “Media Consulting...

ANALİTİK TƏHLİL

Media monitorinq ictimaiyyətlə əlaqələr işinin ən mühüm komponentlərindən biri olsa da, əldə olunan informasiya toplusu təhlil edilənə qədər yalnız xammal əhəmiyyəti daşıyır. Müəyyən zaman kəsiyi üzrə monitorinq yüzlərlə məlumatın tapılması ilə nəticələnir...

SMM

Yaşadığımız dünyanı sosial mediasız təsəvvür etmək mümkün deyil. Statistikalara görə hazırda 3 milyarddan çox insan müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçib. Azərbaycanda bu göstərici 3 milyondan artıqdır. Bu rəqəmlər sosial platformaları ən böyük hədəf...

BİZNES MÜHİTİNİN MONİTORİNQİ

Hər bir qurumun fəaliyyət göstərdiyi mühitdə baş verən əhəmiyyətli dəyişikliklər həmin qurumun fəaliyyətinə də pozitiv və ya neqativ formada təsir edə bilir. Məhz bu səbəbdən artıq bir çox təşkilatlar ictimaiyyətdə yalnız onlar barəsində danışılanların monitorinq...

XƏBƏR KÖŞƏSİ

YANVAR AYININ HESABATINA DAİR AÇIQLAMA

Media Consulting and Services  01-31 Yanvar 2018-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb. Medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

Azercell-in eksklüziv təklifləri Bakutel sərgisində

Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur.....

Azerbaijan 2017 Changing Diabetes Awards

Novo Nordisk şirkətinin təşəbbüsü ilə ölkəmizdə keçirilən ''Azerbaijan 2017 Changing Diabetes...

MCS məlumatların hesabatına yekun vurub

MCS-in media monitorinq qrupu 01-30 noyabr 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub

''Carlsberg Azerbaijan'' pivənin sirlərini açıqlayıb

İyulun 28-də ənənəvi olaraq avqustun əvvəllərində qeyd edilən Beynəlxalq pivə günü ərəfəsində ölkənin ən iri pivə istehsalı şirkəti olan ''Carlsberg Azerbaijan'' edutainment formatında ''pivə savadlılığının'' artırılmasına yönələn xüsusi tədbir təşkil edib.

''Mübarizlər'' yarışını təşkil olundu

Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. ''Лига Героев'' layihələri cəmiyyətin ən geniş təbəqələrini əhatə edir, idman tədbirlərinin həmişəki çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb...

NİYƏ BİZ ?

Bu suala cavab olaraq qürurla deyə bilərik ki, məhz biz:

  •   müştəri məmnuniyyətini həmişə ön planda tutaraq, bu günə qədər qarşımıza qoyduğumuz hədəflərə nail ola bilmişik;
  •   müvafiq sahələrdə ən qabaqcıl lisenziyalı proqram təminatlarından və avadanlıqlardan istifadə edirik;
  •   gördüyümüz işlərin nəticəsi olaraq hər il orta hesabla 10 faiz daha da böyüyürük;
  •   bizim müştəri portfelimizin əksər hissəsi mövcud müştərilərimizin bizi başqa qurumlara da məsləhət görməsi nəticəsində formalaşır;
  •   hər bir müştərinin tələblərini, rəyini və fəaliyyət göstərdiyi mühiti nəzərə alaraq individual həll yolları təklif edirik;
  •   daim şəffaflıq prinsipinə sadiq qalmışıq;
  •   fəaliyyətimizdə ətraf mühitimizə qarşı duyarlılığımızı qoruyuruq.

“Media Consulting and Services” öz fəaliyyətini yalnız müştəri ilə olan ikitərəfli münasibətlər əsasında qurmaqla kifayətlənmir, eyni zamanda korporativ məsuliyyətə də böyük önəm verir. Korporativ Sosial Məsuliyyət üzrə fəaliyyətimiz fərqli sahələri əhatə edir. Bura sosial qayğıya ehtiyac duyan insanların əməkdaşlarımız sırasına daxil edilməsi, tullantıların minimuma endirilməsi məqsədilə kağız, elektrik lampası və printer kartriclərinin utilizasiyası üçün müvafiq şirkətlərlə müqavilələrin bağlanması, elektrik enerjisi və sudan istifadənin optimallaşdırılması tədbirləri daxildir.

Ümumiləşdirərək vurğulamaq istəyirik ki, “Media Consulting and Services” yarandığı gündən etibarən həm göstərdiyi xidmət, həm ətraf mühitə olan duyarlılıq, həm də dərin təcrübəyə və biliyə malik komandası ilə Azərbaycanda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərin uzun müddətli partnyoruna çevrilib. “PR”, Media monitorinq, Analitika, SMM, Ətraf mühitin izlənilməsi və Marketinq sahələrində fəaliyyətlərinizi bizə həvalə etməklə ən doğru seçimi etmiş olacağınıza əmin ola bilərsiniz.