Bu suala cavab olaraq qürurla deyə bilərik ki, məhz biz:
“Media Consulting and Services” öz fəaliyyətini yalnız müştəri ilə olan ikitərəfli münasibətlər əsasında qurmaqla kifayətlənmir, eyni zamanda korporativ məsuliyyətə də böyük önəm verir. Korporativ Sosial Məsuliyyət üzrə fəaliyyətimiz fərqli sahələri əhatə edir. Bura sosial qayğıya ehtiyac duyan insanların əməkdaşlarımız sırasına daxil edilməsi, tullantıların minimuma endirilməsi məqsədilə kağız, elektrik lampası və printer kartriclərinin utilizasiyası üçün müvafiq şirkətlərlə müqavilələrin bağlanması, elektrik enerjisi və sudan istifadənin optimallaşdırılması tədbirləri daxildir.
Ümumiləşdirərək vurğulamaq istəyirik ki, “Media Consulting and Services” yarandığı gündən etibarən həm göstərdiyi xidmət, həm ətraf mühitə olan duyarlılıq, həm də dərin təcrübəyə və biliyə malik komandası ilə Azərbaycanda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərin uzun müddətli partnyoruna çevrilib. “PR”, Media monitorinq, Analitika, SMM, Ətraf mühitin izlənilməsi və Marketinq sahələrində fəaliyyətlərinizi bizə həvalə etməklə ən doğru seçimi etmiş olacağınıza əmin ola bilərsiniz.